Bunu nəzərə alaraq xüsusilə vətəndaş cəmiyyətinin fəal nümayəndələri müxtəlif layihələr həyata keçirir. Bunlardan biri də “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm” mövzusunda təşkil olunan təlimdir. Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin İnkişaf Proqramının dəstəyi və İqtisadi və Sosial İnkişaf Mərkəzinin icra etdiyi layihəyə dövlət strukturları, QHT nümayəndələri və maraqlı tərəflər qatılıb. Dövlət-vətəndaş dialoqunun inkişafı, digər tərəfdən onların təkliflərinin növbəti proqramlarda nəzərə alınması üçün sosial sahədə mövcud qanunvericilik ilə əhalinin məlumatlandırılması əhəmiyyət kəsb edir. Üçüncü dəfədir təşkil olunan tədbirin nəticəsi olaraq vətəndaşların sosial sahədə məlumatlılıq səviyyəsi artıb və artıq müraciətlər primitiv deyil, qanun və digər rəsmi işlərlə bağlı olur.
Həbib Abbasov- iştirakçı: “Təşkilatımızın sahəsinin aqrar sahə olmasına baxmayaraq insanların ən vacib tələblərindən biri yaşamaq səviyyəsidir. Sosial problemləridir. Əlbəttə ki, aqrar sahədə çalışan insanlar çalışmaqlarının son nəticəsi kimi həyatlarının yaxşı qurulmasını, gəlirlərinin artırılmasını istəyirlər. Bu xüsusda dövlətimiz də aqrar sahədə sosial problemərin həllinə çox böyük diqqət yetirir və aqrar sahədə çalışanların güzəştlərə üstünlük verirlər”.
Qiyafət Salmanova- iştirakçı: “Ünvanlı sosial yardıma görə insanların maariflənmə səviyyəsi çox aşağıdır. Burada ailələr də iştirak edir. Onların özlərinin problemi olaraq hansısa sənədlərin təqdim olunmasını bilmirlər. Bu tədbirin də böyük rolu var ki, onların hər bir şey haqda anlayışı olur. İstiqamətləndirmə düzgün gedir. Buradakı təşkilatlar insanlara nəinki maddi cəhətdən, mənəvi də dəstək olurlar”.
Xanım Məmmədova- iştirakçı: “Övladım autizm xəstəliyindən əziyyət çəkir. Mərkəzlərə aparıram. Az təminatlı ailəyəm. Sosial yardım almaq üçün tədbirə qatılmışam ki, sosial yardım ala bilim”.
Jalə Qurbanova
- Baxış: 1637