• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 05.05.2017 12:16

Ev yandı, cehizlər külə döndü

KepezTV Player

Ağdamda birmərtəbəli, dördotaqlı ev yanıb. Hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Yanğın Mübariz Əliyevə məxsus evdə baş verib. 169 kvadratmetr sahəsi olan tikili bütün əşyaları ilə birlikdə yararsız hala düşüb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürə biliblər. Ev sahibinin sözlərinə görə, ailə üzvlərini xilas etmək mümkün olsa da, nişanlı qızının və gəlininin cehizləri tamamilə yanıb.

Zülfiyyə Telmanqızı