• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 04.05.2017 13:33

Mikroavtobus aşdı, 8 nəfər yanıq xəsarəti aldı

KepezTV Player

Cəlilabadda tarlaya fəhlə aparan mikroavtobus aşıb. Hadisə bu gün səhər saatlarında rayonun Məlikqasımlı kəndində qeydə alınıb. Texniki nasazlıq səbəbindən idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarına aşıb. Bu zaman xüsusi qablarda özləri ilə apardıqları qaynar çay fəhlələrin üzərinə dağılıb. Yanıq xəsarəti alan 16 yaşlı Nəzrin Qəhrəmanova, 48 yaşlı Xuraman Abışova, 27 yaşlı Tünzalə Fərəcova, 38 yaşlı Könül Mirzəyeva, 21 yaşlı Mələk Rəhimova, 25 yaşlı Rəvanə Abbasova, 29 yaşlı Elnarə Əhmədova, 29 yaşlı Ülkər Mahmudova Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Adnalı, Şiləvəngə, Əliqasımlı kənd sakinlərinə lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı