• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 04.05.2017 13:15

Samuxda 54 yaşlı kişini döyüb, bıçaqladılar

KepezTV Player

Samux rayonunda bıçaqlanma faktı qeydə alınıb. Hadisə rayonun Qarayeri qəsəbəsində baş verib. Qəsəbə sakini 54 yaşlı Rəhim Əliyev döş qəfəsinin çox saylı kəsilmiş, deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Yaralı əməliyyat olunur. Yaxınlarının sözlərinə görə, Rəhim Əliyev avtomobillə gedərkən naməlum şəxslər onu saxladıb, müxtəlif bədən xəsarətləri yetiriblər, daha sonra isə bıçaqlayıblar. Faktla bağlı Samux Rayon Polis şöbəsində araşdırma aparılır.

Elnur Vahidoğlu