• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 04.05.2017 10:30

Gəncədə ağır qəza: 4 yaralı var

KepezTV Player

Gəncədə dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Daşkəsən yolunda qeydə alınıb. Gəncə şəhər sakini, 34 yaşlı Amin Nüsrət oğlu Əliyevin idarə etdiyi "VAZ-2107"  və Daşkəsən rayon sakini, 45 yaşlı İsa Əli oğlu Verdiyevin sükanı arxasında olduğu "VAZ-21011" markalı maşınlar toqquşub. Qəza nəticəsində sürücülər və sərnişinlər, 38 yaşlı İlqar Məhəmməd oğlu Verdiyev, 39 yaşlı Qorxmaz Xasməmməd oğlu Salmanov xəsarət alıb. Onlardan 2-si Gəncə Şəhər TTYX-nin Travmatologiya, biri Cərrahiyə şöbələrinə yerləşdirilib. Xəsarətləri daha ağır olan bir yaralı isə Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.