• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 03.05.2017 12:49

“Real” cütün taleyini böyük ölçüdə həll etdi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. İlk yarımfinal matçında Madridin iki komandası “Santyaqo Bernabeu”da qarşılaşıb. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi “Real” yarışın son finalçısı “Atletiko”nu qəbul edib.

"Kral klubu"nun portuqaliyalı super ulduzu Kriştiano Ronaldo oyuna damğasını vuraraq matçın taleyini təkbaşına həll edib. Ronaldo het-trik edib.  Əvvəlcə ilk yarıda fərqlənən portuqaliyalı superulduz digər iki qolunu fasilədən sonra vurub. 73-cü dəqiqədə cərimə meydançasına daxil olan kimi qüvvətli zərbə ilə qapını dəqiq nişan alan 7 nömrə bir də 86-cı dəqiqədə diqqət mərkəzinə düşüb. O, özünün başladığı hücumu qolla tamamlayıb. Bu, Ronaldonun cari mövsümdə 11 oyunda 10-cu qolu olub.

Beləliklə, Çempionlar Liqasında həmşəhərliləri üçün arzuolunmaz rəqib hesab olunan kral klubu bu dəfə də ənənəyə sadiq qalıb. Tərəflər arasında cavab görüşü mayın 10-da keçiriləcək.

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək. İkinci yarımfinal görüşündə “Monako” və “Yuventus” üz-üzə gələcək.

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

 

“Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) - 3:0

Qollar: Ronaldo, 10, 73, 86

 

3 may

 

22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)

 

 

Azad Rəfi