• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 03.05.2017 00:01

İstixanada narkotik bitki əkdi

KepezTV Player

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıbulaq kəndində, kənd sakini 57 yaşlı Sədrəddin Musayevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriblər. Orada tikilmiş istixanada kultivasiya üsulu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən, 35 ədəd, ümumi çəkisi 20 kq olan çətənə bitkisinin kolları aşkar edilib.

Bundan başqa, satış məqsədi ilə yarımqurudulmuş vəziyyətdə, xalis çəkisi 3 kq 335 qr maruxuana, həmçinin həyətyanı sahənin kənarındakı kolluq ərazidə gizlədilən sintetik kisənin içərisində qurudulmuş 3 kq 875 qr maruxuana götürülüb.Sədrəddin Musayevin üzərinə baxış zamanı isə əynində olan köynəyin cibindən 0,51 qram qurudulmuş marixuana tapılıb.Sədrəddin Musayev saxlanılıb və onun barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb.Faktla bağlı Balakən Rayon PŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.