• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2426
— 02.05.2017 13:26

Cəlilabadda iki gun əvvəl vurulan piyada öldü

KepezTV Player

Cəlilabad rayonunda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada dünyasını dəyişib. Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibov Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində avtomobillə vurulub. Azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından Elvin Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər səy göstərsələr də Elvinin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı