Gəncədə iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. “Mercedes” markalı iki avtomobil toqquşub, nəticədə maşınlardan birinin qadın sərnişini xəsarət alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 592