• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 01.05.2017 14:23

“Tottenhem” revanş aldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir. Bu turun mərkəzi görüşündə London derbisi baş tutub. “Tottenhem” və “Arsenal” komandalarının qarşılaşmasında hotspurlular bir həftə öncəki kubok oyunda aldığı məğlubiyyətin əvəzini çıxaraq 2 cavabsız qolla gəlib. Meydan sahibləri 2 dəqiqə ərzində 2 top vurub. 55-ci dəqiqədə Dele Alliylə hesabı açan Tottenhem 1 dəqiqə sonra penalti qazanıb.Topun arxasına keçən Hari Keyn də fərqlənərək oyunda son nöqtəni qoyub.

Lider Çelsi səfərdə Evertonla üz-üzə gəlib. Zadəganlar ikinci yarıda vurduğu 3 qolla 3 xalı aktivinə yazdırıb. 66-cı dəqiqədə Pedro baxımlı zərbəylə tablonu hərəkətə gətirib. 79-cu dəqiqədə fərq ikiyə yüksəlib. Bu dəfə Qari Keyhl rəqib qapısına yol tapıb. Oyunda sonuncu qol 86-cı dəqiqəyə təsadüf edib. Villian diqqət mərkəzinə düşərək yekun hesabı müəyyənləşdirib. 3:0 Çelsinin qələbəsi.

Bu mövsüm uğursuz çıxış edən Mançester Siti isə xal itirib. Səfərdə Midlsbronun qonağı olan şəhərlilər 38-ci dəqiqədə qapısında qol görüb. Ev sahiblərindən Alvaro Neqredo sükutu pozub. 69-cu dəqiqədə hesab bərabərləşib. Serxio Aquero təyin olunan 11 metrlik cərimə zərbəsini qola çevirərək status kvonu bərpa edib. 77-ci dəqiqədə Midlsbro yenidən önə keçib. Çembers yerli azarkeşləri ayağa qaldırıb. Ancaq 85-ci dəqiqədə səhnəyə çıxan Qabriel Xesus mançesterliləri məğlubiyyətdən xilas edib. Yekun nəticə 2:2.

 

 

İngiltərə Premyer Liqası

XXXV tur

 

29 aprel

“Sauthempton” – “Hall Siti” - 0:0

 

“Stok Siti” – “Vest Hem” - 0:0

 

“Sanderlend” – “Bornsmut” - 0:1

Qol: Kinq, 88

 

“Vest Bromviç” – “Lester” - 0:1

Qol: Vardi, 43

 

“Kristal Pelas” – “Bernli” - 0:2

Qollar: Barnes, 8, Qrey, 85

 

30 aprel

“Mançester Yunayted” – “Suonsi” - 1:1

Qollar: Runi, 45+3 - Siqurdsson, 79

 

“Everton” – “Çelsi” - 0:3

Qollar: Pedro, 66, Keyhil, 79, Villian, 86

 

“Midlsbro” – “Mançester Siti” - 2:2

Qollar: Neqredo, 38, Çembers, 77 - Aquero, 68 (pen.), Qabriel Xesus, 85

 

“Tottenhem” – “Arsenal” - 2:0

Qollar: Alli, 56, Keyn, 57 (pen.)

 

1 may

23:00. “Uotford” – “Liverpul”

 

Turnir cədvəli

 

1.

Çelsi

34

26

3

5

72:29

81

2.

Tottenhem

33

22

8

3

69:22

74

3.

Liverpul

34

19

9

6

70:42

66

4.

Mançester Siti

34

19

9

6

65:37

66

5.

Mançester Yunayted

34

17

14

3

51:25

65

6.

Arsenal

32

18

6

8

64:40

60

7.

Everton

35

16

10

9

60:40

58

8.

Vest Bromviç

34

12

8

14

39:43

44

9.

Sauthempton

33

11

8

14

39:44

41

10.

Bornemouth

35

11

8

16

50:63

41

11.

Lester

34

11

7

16

42:54

40

12.

Stok Siti

35

10

10

15

37:50

40

13.

Uotford

33

11

7

15

37:54

40

14.

Bernli

35

11

6

18

35:49

39

15.

Vest Hem

35

10

9

16

44:59

39

16.

Kristal Pelas

35

11

5

19

46:56

38

17.

Hall Siti

35

9

7

19

36:67

34

18.

Suonsi

35

9

5

21

40:69

32

19.

Middlsbro

35

5

13

17

26:45

28

20.

Sanderlend

34

5

6

23

26:60

21

 

 

 

Orxan Cəfərzadə