• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 29.04.2017 12:38

Sülh turu

KepezTV Player

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turnirində 7-ci turun oyunları baş tutub. Bu tur təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Maykl Adamsla, Teymur Rəcəbov Veselin Topalovla sülh bağlayıb. Digər 3 görüşdə də qalib bəlli olmayıb. Sergey Karyakin Vladimir Kramniklə, Pavel Elyanov Uesli Soyla, Pentala Harikrişna Radoslav Voytaşeklə xalları yarı bölüb. Son turdan sonra turnir cədvəlinə aktivində 5 xal olan Məmmədyarov başçılıq edir. Bu gün yarışda 8-ci turun görüşləri reallaşacaq. Qalibin adına böyük ölçüdə aydınlıq gələcək tur çərçivəsində iti zəka sahiblərimizdən Şəhriyar Məmmədyarov Radoslav Voytaşeklə, Teymur Rəcəbov Uesli Soyla güclünü ayırd edəcək.  Növbəti turun digər oyunlarında isə Vladimir Kramnik - Maykl Adams, Veselin Topalov - Pentala Harikrişna, Sergey Karyakin - Pavel Elyanov qarşıdurması yaşanacaq.

 

Orxan Cəfərzadə