Ədibin adını daşıyan muzeydə keçirilən tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan, Əməkdar Elm xadimi Mir Cəlal Paşayevin həyat və yaradıcılıq yoluna nəzər salıblar. Ədibin yaradıcılığının ilk illərinin Gəncə ilə bağlılığı, onun bədii həyata vəsiqəni məhz bu şəhərdə aldığı vurğulanıb. Bu səbəbdən də, Gəncə və gəncəlilərin yeri onun qəlbində daim xüsusi olub. Mir Cəlal Paşayev yaradıcılığı özünəməxsusluğu, yazıçının klassik ədəbiyyatımızdan tərcümələrinin bu gün də alimlər tərəfindən geniş istifadə olunduğu diqqətə çatdırılıb. Tədbir Gəncə Dövlət Kamera Orkestrinin konsert proqramı ilə davam edib. Romanslar, Azərbaycan və dünya bəstəkarlarının klassik musiqiləri səsləndirilib.
İbrahim Quliyev- Azərbaycan Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor: “Mir Cəlal Əli oğlu Paşayev illər də keçsə xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Onun adı əbədiləşdirilib. Onun adına küçə ilə yanaşı, əzəmətli 39 saylı tam orta məktəb də inşa olunub. Mən elə tədbirdən əvvəl həmin məktəbdə oldum, şagirdlərlə görüşdüm. Bu görüş zamanı hiss etdim, duydum ki, onlar Mir Cəlal Paşayev şəxsiyyətini özlərinə ideal seçiblər və o ruhda da özlərini tərbiyələndirirlər”.
Gülnar Fazilqızı
- Baxış: 680