• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 25.04.2017 16:01

Gəncənin Kəpəz rayonunun basketbol yarışında qalibləri müəyyənləşdi

KepezTV Player

Gəncədə Olimpiya Hərəkatı -2017 proqramı çərçivəsində Nizami rayonundan sonra Kəpəz rayonunda yerləşən məktəblərin komandaları arasında basketbol üzrə birincilik keçirilib. Yerli Olimpiya İdman Kompleksində 3-ə 3 növü üzrə reallaşan yarışda 26 komanda qalib olmaq üçün mübarizə aparıb. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən kütləvi idman tədbirinin yekununa əsasən, 19 nömrəli məktəb birinci yerə çıxıb. 15 nömrəli məktəb ikinci, 24 nömrəli məktəb üçüncü pillədə qərarlaşıb. Qalib komanda gələn ay Bakıda reallaşacaq final mərhələsində iştirak edəcək.

Rizvan Səfərov - məşqçi: "Birinci növbədə hər bir idman növünü inkişaf etdirmək üçün kütləviliyə nail olmaq lazımdır. Kütləvilik də keçirilən yarışların sayından, gərginlikdən irəli gəlir. Bu yarışa da 26 komanda Kəpəz rayonundan, 19 komanda Nizami rayonundan qatılıbsa, bu kütləvilik deməkdir. Burada biz istedadlı, perspektivli idmançıları seçib, onları Azərbaycan yığmasına cəlb edirik".

 

 

Orxan Cəfərzadə