KepezTV Player
Şirvanda hamilə qadın döyülüb, nəticədə körpəsini itirib. Şəhər sakini 29 yaşlı Elşad Mədətov 7 aylıq hamilə olan həyat yoldaşı, 21 yaşlı Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib. Kərimova ağır vəziyyətdə Şirvan doğum evinə çatdırılıb. Vaxtından əvvəl və xəsarətlərlə doğulan uşaq dünyaya gəldikdən 10 dəqiqə sonra ölüb. Körpənin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsinə aparılıb. Ülviyyə Kərimovanın yaxınlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb. Elşad Mədətov polisə çağırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 666