Amerikanın Lanmodo startapı All-in-One Wireless Automatic Car Tent adlı çoxfunksiyalı qurğu nümayiş etdirib. Bu, avtomobil üçün çadır ya da proektor üçün ekran rolunu oynaya bilər. Cihaz maşını əsasən yağıntılardan, üzərinə düşə biləcək o qədər ağır olmayan əşyalardan və günəşdən qoruyur. Çətir avtomobilin damında quraşdırılır. Məsafədən idarə olunan pultla avtomatik fırlanan konstruksiya isə kuzovdan aralıdır. Belədə onu ayrıca, məsələn çimərlik çətiri və ya elə yağışdan qoruyan çadır kimi də işlətmək olar. All-in-One Wireless Automatic Car Tent cihazını komplekt şəkildə alarkən müştəri əlavə olaraq material da əldə edəcək ki, onunla qurğu böyük mağar olacaq. Çətirin kölgəli tərəfini hətta proyektor üçün ekrana çevirmək mümkündür. All-in-One Wireless Automatic Car Tent-in qiyməti komplektasiya və çatdırılma vaxtına görə 200-400 dollar arasında dəyişir.
Cavanşir Məmmədzadə
- Baxış: 1038