• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 20.04.2017 16:50

Şəmkir Olimpiya İdman Kompleksində basketbolun 3x3-ə növü üzrə yarış keçirilib

KepezTV Player

Birincilik Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarına həsr olunub. Bu kimi yarışların təşkili İslamiadanın proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə yönəlib və bu məqsədilə regionlarda kütləvi idman tədbirləri keçirilir.  Basketbol yarışında qərb zonası üzrə 13 şəhər və rayonun komandası medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında reallaşan yarışın nəticələrinə əsasən, Gəncə 1-ci yeri tutub. Nizami yurdunun basketbolçularının finalda qalib gəldiyi Göygöl komandası 2-ci, Mingəçevir kollektivi 3-cü olub.

İlqar Nuriyev - basketbol yarışları üzrə məsul katib: "Məqsəd İslam Oyunlarında keçiriləcək idman növlərinin təbliğatı və gənclərin idmana marağını daha da artırmaqdır. Biz Şəmkir Olimpiya İdman Kompleksində bu zonanın basketbolun 3x3-ə növü üzrə yarış keçirdirik. Bütün komandalar birincilikdə iştirak edir".

Şəmkirdə basketbol yarışından öncə 5 idman növü üzrə birinciliklər təşkil edilib. Yerli Olimpiya İdman Kompleksində bundan öncə İslamiada ilə bağlı güləşin sərbəst, yunan-Roma növü, cüdo, karate və stolüstü tennis üzrə turnirlər düzənlənib. 

Ümumiyyətlə, İslam Həmrəylik Oyunlarına həsr edilən 11 idman növü üzrə yarışlar 6 zonada keçirilir. Kütləvi idman tədbirlərinə 76 şəhər və rayonun 6619 idmançısı cəlb olunub. Məktəblilər aprelin 26-na kimi keçiriləcək yarışlarda qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə