• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1044
— 17.04.2017 11:51

Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alanlar vergilərlə bağlı biliklərini sınayıb

KepezTV Player

Vergilər Nazirliyi tərəfindən təşkil edilən sayca 11-ci olimpiada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Respublikanın 6 universitetində təşkil olunan ilkin seçmə mərhələ Gəncə Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə fakultəsi"nin 32 tələbəsi iştirakı ilə keçirilib. 90 dəqiqə ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanan 50 test tapşırığı cavablandırılıb. Birinci mərhələnin şərtlərini ödəyən tələbələr ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. Növbəti mərhələdə bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlara isə 50-si vergi qanunvericiliyi, 25-i vergi inzibatçılığı fənnindən olmaqla, ümumilikdə 75 test tapşırığı təqdim olunacaq.

 

Rauf Mirzəyev- 12 saylı Ərazi Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu idarəsinin direktoru: "Bu olimpiadanın əsas məqsədi tələbələrin vergi sahəsində maarifləndirilməsi və gələcək vergi işçilərinin yetişdirilməsinə zəmin yaratmaqdır. İkinci mərhələ mayın 5-də Vergilər Nazirliyinin Tədris Mərkəzində keçiriləcək. Orada qaliblər müəyyənləşdikdən sonra, I, II, III yerlərin sahiblərinə sertifikatlar təqdim olunacaq".

 

Gülnar Fazilqızı