• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 14.04.2017 20:04

Şəmkirdə evdə partlayış oldu, qadın ağır yaralandı

KepezTV Player

Şəmkirin İrmaşlı kəndində bədbəxt hadisə qeydə alınıb. Kənd sakini 41 yaşlı Nazilə Mərdanova yaşadığı evin hamamında baş verən partlayış zamanı xəsarət alıb. Ağır xəsarətlər alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib. Xəstəyə yardım göstərilib, lakin vəziyyəti ağır olduğundan Bakıdakı tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.