• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 14.04.2017 13:33

Yol qəzaları yenə dəhşət saçdı

KepezTV Player

Bədbəxtliyin, fəlakətin bizi harada və necə yaxalayacağını ağlımıza belə gətirmirik. Ancaq əfsus ki, ağlımıza gəlməyənlər başımıza gəlir. Bu dəfə belə faciə Bakıda yaşanıb. Avtoqəza zamanı 3 nəfər yanaraq dünyasını dəyişib. Digər qəzada isə zərər təkcə mala dəyib.

Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobilləri toqquşub. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Məlum olub ki, dünyasını dəyişən şəxslər VAZ-ın sürücüsü 44 yaşlı Gülağa Quliyev, sərnişinlər - 44 yaşlı Elçin Sadıqov, onun qardaşı 49 yaşlı Namiq Sadıqovdur. Digər avtomobil yanğından mühafizə olunub. Əməliyyat saat 09:02-də başa çatıb. Xəzər rayonunda isə sərxoş sürücü yol qəzasına səbəb olub. Hadisə Buzovna qəsəbəsində baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü maşını yüksək sürətlə idarə edərkən idarəetməni itirib. Nəticədə “Mercedes” yol kənarında dayanan KİA markalı avtomobilə çırpılıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Qəza zamanı avtomobillərə ziyan dəysə də xəsarət alan olmayıb. “Mercedes”in sürücüsü sərxoşluğun müayinə məntəqəsinə, avtomobillər isə cərimə meydançasına yerləşdirilib.

Zülfiyyə Telmanqızı