• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 13.04.2017 18:43

Həkimin qətlində təqsirləndirilənlər saxlanıldılar

KepezTV Player

Lənkəranda baş həkimi öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Rayon-şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Abbasov tutulub. Rayonun Səpnəkəran kənd sakini olduğu bildirilən bir nəfərin də saxlandığı barədə məlumat yayılıb. İlkin məlumata görə, Vüqar Abbasov rayonda şadlıq saraylarından birində operator işləyib. Hadisənin tamah məqsədilə törədildiyi deyilir. Qeyd edək ki, məlum hadisə bu il martın 18-də Xolmili kəndində qeydə alınıb. Kənd sakini, kənd ambulatoriyasının baş həkimi, 67 yaşlı Səfərov Vahab Xalıq oğlunun evinə basqın edən şəxslər ona baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şəxs daha sonra Bakıdakı tibb müəssisələrindən birinə göndərilib. Bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.