KepezTV Player
Qazax rayonunda dələduzluq edən şəxsin əməli başına bəla oldu. Məlumata görə, rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov 5 nəfəri aldadaraq onlardan övladlarına sürücülük vəsiqəsi düzəltmək adıyla 5 000 manat pul alıb. Daha sonra isə Bakıya yollanıb. Qazax Rayon Polis Şöbəsinə edilən müraciət əsasında Musa Cəfərov paytaxtda saxlanılıb. Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 574