• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 11.04.2017 18:42

Minik avtomobili yük maşınına çırpıldı: 1 yaralı

KepezTV Player

Şəkidə yol qəzası baş verib. Hadisə Şəki-Oğuz şossesinin Qırxbulaq kəndi ərazisində meydana gəlib. 64 yaşlı Fikrət Mahmudov "Toyota Prado" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun solunda dayanmış Elşən Cəfərova məxsus "Qaz 33 02" markalı yük maşınına çırpılıb. İlkin ehtimala görə, sürücünün halı pisləşdiyi üçün idarəetməni itirib. Qəza nəticəsində xəsarət alan Fikrət Mahmudova ilkin tibbi yardım göstərilib, daha sonra RMX-ya çatdırılıb. Hazırda vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırılma aparılır. 

 

Zülfiyyə Telmanqızı