Xocalıdan sonra Ağdabanda insanlıq əlehinə törədilən qətliam Kəlbəcərin işğalı üçün zəmin yaradıb. Kənd tamamilə yandırılıb, sakinləri işgəncələrə məruz qalıb, 67 nəfər isə vəhşicəsinə öldürülüb. Anım tədbirində ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm, şair Ağdabanlı Qurban və Dədə Şəmşirin əlyazmalarını yandırması da önə çəkilib. “Ağdabansız-25 il” adlı sənədli filmdə sadalananlar vizual şəkildə nümayiş etdirilib. Faciənin canlı şahidləri Ağdaban həqiqətlərinin də dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətinə toxunub. Kəlbəcər məktəblilərinin ifasında erməni vəhşiliyinə həsr olunan kompozisiya nümayiş etdirib, vətənə, torpağa, şəhidlərə aid şeirlər səsləndirib.
Dadaş Əhmədov- Ağdaban kənd sakini: “Ermənilər gələndə mən kənddə qaldım, çıxmadım. Həmin faciəni öz gözümlə görmüşəm onun da içində axşama kimi olmuşam. Mən inanıram ki, torpaqlarımız azad olacaq, güclü ordumuz var, qayıdıb o torpaqlarda yaşayacağıq”.
Elnur Vahidoğlu
- Baxış: 421