• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 08.04.2017 13:52

Futzal millimiz Bakıda AÇ-2018-ə vəsiqə qazanmağa çalışacaq

Bu gün futzal üzrə Avropa Çempionatı-2018-in seçmə mərhələsinin B qrupunun oyunlarına  start veriləcək. Millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək.

Yığmamızın ilk rəqibi Bosniya və Herseqovina millisi olacaq. 

B qrupunun digər oyununda isə Macarıstan Albaniya ilə üz-üzə gələcək.

AÇ-2018-in seçmə mərhələsi

B qrupu

I tur, 8 aprel

 

16:00. Macarıstan – Albaniya

Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)

Bakı İdman Sarayı

 

18:30. Azərbaycan – Bosniya və Herseqovina

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı

Azad Rəfi