• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 08.04.2017 11:01

Uinston Çörçil

KepezTV Player

Dövlət xadimi, böyük siyasətçi, həyatı, fəaliyyəti diqqətlə öyrənilən tarixi şəxsiyyət, sitatları, aforizmləri dillər əzbəri olan mütəfəkkir, ədəbiyyat üzrə Nobel mükafatı alan çox azsaylı siyasətçilərdən biri.   

Çörçilin uşaqlıq illəri heç də yaxşı keçməyib. Nitqində qüsurlar olub, məktəbdə daim problemlər yaşayıb, dərsə maraq göstərməyib. Amma bu, ona zəmanəsinin ən məşhur natiqlərindən biri statusunu qazanmağa mane ola bilməyib. Gənclik illərində insanlarla ünsiyyətdə çətinliklər yaşayan Çörçilin yeganə məqsədi özünü cəmiyyətdə sübut etmək idi. Gənc Çörçil məktəbi bitirdikdən sonra Boer müharibəsinə yollanır. Müharibədən anasına yazdığı məktubda o, bu addımını belə izah edirdi: “Tamaşanın yaxşı qarşılanmasını istəyirsinizsə, başınızı aslanın ağzına salmalısınız.”

Müharibədə məqsədinə çatan Çörçil vətənə geri qayıdır. 1904-cü ildə Liberal demokratlar partiyasına üzv olur. Qısa zamanda siyasətdə tanınmağı bacarır. Ardınca isə Birinci Dünya Müharibəsində İngiltərənin Şərq cəbhəsində apardığı döyüşlərdə söz sahibi olur. Çanaqqaladakı ağır məğlubiyyətdən sonra Çörçil müxalifətin təzyiqi ilə istefa verir. Amma, istefada olduğu illərdə də inkişaf etməyi bacarır. Çörçilin kitab oxumağı çox sevirdi. Hətta deyilənə görə o, bir gündə iki-üç kitab oxuyurmuş. Eyni zamanda jurnalist kimi fəaliyyət göstərməyə də vaxt tapırmış. 1917-ci ildə koalisiya hökumətinin tərkibinə qatılan Çörçili yeni meydana çıxan bolşevik təhlükəsi narahat edirdi. Dəfələrlə hökümət rəsmilərinə bolşeviklərin bütün dünya üçün təhlükə olacağını, onların qarşısının alınmalı olduğunu söyləyirdi. Amma bu xəbərdarlıqları İngiltərə hökuməti ciddi qəbul etmir. Eyni hal İkinci Dünya Müharibəsi zamanı da təkrarlanır. Nasist Almaniyası Avropada güc qazandığı illərdə İngiltərə höküməti onlardan SSRİ-yə qarşı istifadə etmək istəyirdi. O zamankı baş nazir Nevil Çemberlen Hitlerlə sövdələşməyə ümid edirdi. Çörçil isə bu addımın düzgün olmadığını söyləyirdi.  “Sizin müharibə ilə şərəfsizlik arasında seçim imkanınız var idi. Siz şərəfsizliyi seçdiniz, amma qazandığınız müharibə olacaq”. Cəmi bir il sonra Çörçil haqlı çıxdı. 1940-cı ildə İngiltərə Almaniyaya müharibə elan etdi. Baş nazir istefa verdi, onun yerinə isə Çörçil təyin olundu. İngiltərə SSRİ və ABŞ-la koalisiya qurmağı bacardı, faşist Almaniyası məğlub edildi.

Siyasətdə böyük gücə sahib olan Çörçilin digər siyasətçilərdə olmayan xüsusiyyətləri var idi. O yatmağı və özünə vaxt ayırmağı çox sevirdi.  Müharibə illərində Çörçilə yaxınlaşan jurnalist ona - “ölkədə müharibə gedir, siz necə yata bilirinsiniz” - sualını verdikdə - “İngiltərənin sabah sağlam və güclü Çörçilə ehtiyacı var” cavabını almışdı.

O, admiral olduğu illərdən rəsm çəkməyə maraq göstərirdi. Daha çox təbiət təsvirlərinin əks olunduğu 500-ə yaxın əsəri var. Bu gün də bu tablolar sərgilənir.

İngilis dilinin formalaşmasında Çörçilin əməyi danılmazdır. Bu dildə istifadə olunan bir çox sözlərin müəllifi Çörçildir. Onu söz sehrbazı da adlandırırdılar. Sözlərlə oynamağı sevən siyasətçinin 72 cilddən ibarət 43 kitabı var.  O deyirdi ki, “Tarix məndən yaxşı danışacaq, çünki onu mən yazacam”. 90 yaşında gözlərini dünyaya yuman dahi şəxsiyyət özünün də dediyi kimi tarix yazmağı bacarıb.

İşgüzar Almaz