• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 07.04.2017 10:01

Yenidən istifadə olunmuş Falcon 9 raketinin uğurlu enişi görüntüləndi

Ötən həftə SpaceX aerokosmik şirkəti Falcon 9 raket-daşıyıcısının buraxılışını həyata keçirmişdi. Bu tarixi missiyanın ardından raketin SpaceX-in xüsusi üzən platformasına enişi də yerinə yetirilib. Texniki nasazlıq ucbatından enişin canlı yayımı baş tutmayıb, indi isə şirkət bu çatışmazlığı aradan qaldırmaq üçün sosial şəbəkələrdə eniş videosunu paylaşıb. Şirkətin mərhələli şəkildə bu raketi sınaqdan keçirməsi onun orbitə yüklər daşıması dəyərini azaltmaq məqsədi daşıyır. Belə ki, əgər indi Falcon 9-un buraxılışı 60 milyon dollar dəyərindədirsə, təkrar istifadə zamanı bu məbləğ 40 milyon dollara enir. İndiyəqədər SpaceX, Falcon 9 raketini doqquz dəfə yerə endirib. Raket üç dəfə kosmodroma, 6 dəfə isə üzən platformaya eniş eləyib.

 

Cavanşir Məmmədzadə