• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1775
— 06.04.2017 13:22

Ağstafa rayonunda içərisində 500-ə qədər ev quşu olan ferma yanıb

KepezTV Player

Hadisə səhər saatlarında Poylu qəsəbəsində baş verib. Yanğında 100-ə yaxın toyuq-cücə boğularaq tələf olub. Bundan başqa tikilinin tavan hissəsinin yanar konstruksiyaları yararsız hala düşüb. Hadisə yerinə dərhal Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Alov söndürülüb. Təsərrüfat sahiblərinin sözlərinə görə, 500-ə qədər toyuq cücə bir gün əvvəl alınaraq fermaya gətirilib.

Zülfiyyə Telmanqızı