• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 05.04.2017 12:16

İspaniya La Liqasında 30-cu turun oyunları keçirilir

Turun açılış oyununda “Atletik” “Espanyol”la qarşılaşıb. Görüş Bilbao komandasının 2:0 hesablı qələbəsiylə nəticələnib. Hər iki qola Arits Aduris imza atıb. O, əvvəlcə 11 metrlik cərimə zərbəsindən, daha sonra isə oyun vəziyyətindən fərqlənib.  

Çempionluq uğrunda mübarizə aparan “Atletiko” – “Real Sosyedad” 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Paytaxt futbolçularına Filipe Luisin məhsuldar zərbəsi qələbə qazandırıb.

Eyni hesab “Betis” – “Vilyarreal” oyununda da qeydə alınıb. Amma bu görüşdə qonaqlar 3 xala sevinib. Adrian Lopez “Vilyareal”a qələbə gətirən qolun müəllifi olub.

İspaniya La Liqası, 30-cu tur

4 aprel

Atletik - Espanyol 2:0

Qol: Aduris, 17-pen; 37. 

Atletiko - Real Sosyedad 1:0

Qol: Filipe Luis, 28.

Betis - Vilyarreal 0:1

Qol: Adrian, 47.

Azad Rəfi