“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialı tərəfindən yazlıq əkin sahələrinə səpilməsi üçün rayona 400 tona yaxın mineral gübrə gətirilib. Bunun 337 tonu azot, 6 tonu isə karbomit gübrəsidir. Rayona gətirilən gübrənin artıq 220 tonu 70 faiz güzəştli şərtlərlə kəndli və fermer təsərüfatlarına satılıb. Əkin sahələrinin alaq otlarından təmizlənməsi və bəzi ziyanvericilərə qarşı rayona elpsilər də gətirilib. Tədarük olunan gübrə yazlıq əkin üçün yetərli hesab edilməsinə baxmayaraq ehtiyac yaranarsa əlavə olaraq daha 400 ton gübrənin gətirilməsi nəzərdə tutulur. Hər rayonda orta hesabla 11 min hektara yaxın əkin aparılır ki, bunun da 10 min hektarına taxıl və arpa, yerdə qalanına isə tərəvəz bitkiləri əkilir.
Altay Ələkbərov- “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının sədri: “Rayona lazım olandan da artıq gübrə gətirilib. Gübrələr hazırda anbarlarda saxlanılır. Satış da mütəmadi olaraq aparılır. Bundan başqa bu il əlavə olaraq karbomit gübrəsi də gətirilib ki, bu da rayonda əsasən tərəvəz əkənlərə verilir. Rayona müxtəlif adda gübrələrin gətirilməsi və bunun əkində istifadə olunması məhsuldarlığın da bol olmasına gətirib çıxarır”.
Elton Cabbarlı
- Baxış: 837