• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 01.04.2017 15:22

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının ölkə birinciliyində mövsüm sona yaxınlaşır

Yarışlarda mübarizə əsas həlledici mərhələyə qədəm qoyub. Bu gün Tovuzda qərb regionu üzrə 2-ci pley-off mərhələsinin oyunlarına start verilib. 2 gün davam edəcək bu mərhələnin oyunlarında Gəncə, Şəmkir, Tovuz, Ağstafa və Qazax təmsilçiləri qüvvəsini sınayacaq. 5 yaş qrupunu əhatə edən birincilikdə zona mərhələsindən vəsiqə qazanan komandalar çıxışını davam etdirir. Pley-offda 10, 11, 12, 13 və 14 yaşlı futbolçulardan ibarət kollektivlər yarışır. Təhsil İdman Mərkəzinin Gəncə filialı region üzrə həlledici mərhələdə 5 yaş qrupunda 9 komanda ilə təmsil olunur.


Azad Rəfi