• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 01.04.2017 00:04

İdarəetmədən çıxan maşın su quyusuna düşdü

KepezTV Player

Gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Şəki rayonu Göynük kənd sakini Habil Şərifovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücünün sözlərinə görə, maşın yol kənarındakı qoruyucu beton piltələrə dəyərək istiqamətini dəyişib və yolun solundakı su quyusuna düşüb. Nəticədə sürücü xəsarət alıb və hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti normaldır. Fakt araşdırılır.