• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3114
— 31.03.2017 16:09

“Azərişıq” xəbərdarlıq etdi

Ölkə ərazisində gözlənilən qeyri- sabit hava şəraiti ilə əlaqədar “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib. Hidrometeoroloqların verdiyi məlumata görə, martın 31-i axşam saatlarından başlayaraq hava şəraiti kəskin dəyişəcək, güclü küləklər müşahidə olunacaq. Bunu nəzərə alan “Azərişıq” respublikanın bütün şəhər və rayonlarında, xüsusən də ucqar dağ rayonlarında, eləcə də kəndlərdə qabaqlayıcı tədbirlər həyata keçirir. Qəzalı vəziyyətdə olan dirəklər, həmçinin elektrik naqilləri dəyişdirilərək saz vəziyyətə gətirilir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatında problemlərin yaranmaması üçün hazırlıq işləri qərb regionunun dağlıq rayonlarından olan Gədəbəy, Daşkəsən, Göygöldə də həyata keçirilir.

Elman Pirverdiyev- Göygöl Elektrik Şəbəkəsinin baş mühəndisi: “Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq kəndlərdə, eləcə də rayon mərkəzində hava şəraitinin qəza hallarına qarşı gücləndirilmiş tədbirlərimizi yerinə yetirmişik. Lazım olan materialları hazırlamışıq. Əgər naqillər qırılarsa, dirəklər aşarsa, istənilən qəza şəraitinə tam hazırıq. Abonentlərimizi fasiləsiz işıqla təmin etməyə çalışacağıq”.  

Fərid Mehdizadə