• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 30.03.2017 20:43

Ər arvadının boğazını kəsdi

KepezTV Player

Qəbələdə də ər arvadını öldürüb. Rayonun Pirəlli kənd sakini Vasif Ağababayev şəhərin girəcəyində həyat yoldaşı Afət Ağababayevanın boğazını bıçaqla kəsib. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, ötən ilin oktyabrında da Qəbələnin Kürd kəndində analoji hadisə qeydə alınmışdı. Ər ailə münaqişəsi zəminində həyat yoldaşını boğaraq qətlə yetirmişdi.

Zülfiyyə Telmanqızı