• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 788
— 29.03.2017 14:15

Sərxoş piyada qəzaya səbəb oldu

KepezTV Player

Piyadanı sağlamlığından edən daha bir qəza Lənkəranda olub. Şəhərin "Şəhidlər Xiyabanı" küçəsindəki şadlıq sarayının qarşısında "ZAZ Tavriya" markalı avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub. Sürücü Namiq Qafarov yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənə alt çənə sümüyünün sınığı, dilin parçalanması və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən piyadanın hadisə vaxtı ağır dərəcəli sərxoş olduğu bildirilir. Sürücünün dediyinə görə, piyada gözlənilmədən avtomobilin qarşısına çıxıb. Fakt araşdırılır. 

Zülfiyyə Telmanqızı