• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 29.03.2017 13:26

Ev yanıb külə döndü

KepezTV Player

İki ildir əlləşib vuruşub tikdiyi ev bir gecədə alışdı. Hadisə Şabran rayonunun Xırdaoymaq kəndində baş verib. Yanğın zamanı xəsarət alan olmasa da ev içindəki əşyalarla birlikdə külə dönüb.Şabranın Xırdaoymaq kəndində yanğın baş verib. Hadisə Azad Alışova məxsus evdə qeydə alınıb. 2 mərtəbəli, 7 otaqlı ev əşyalarla birlikdə külə dönüb. Ev sahibinin sözlərinə görə, ona ümumilikdə 30-35 min manat ziyan dəyib. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.
 

Zülfiyyə Telmanqızı