• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 29.03.2017 13:01

Ata 7 yaşlı oğlunun canına qıydı

KepezTV Player

Sabirabadda ata 7 yaşlı oğlunu amansızlıqla öldürüb. Hadisə Ulacalı kəndində baş verib. Yenicə məhkumluqdan qayıdan 27 yaşlı Röyal Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də qadın ərinin əlindən qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər uşağı fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində azyaşlının başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib. Röyal Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Zülfiyyə Telmanqızı