• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 28.03.2017 15:46

Gəncədə insan həyatı üçün təhlükə yaradan ağacların zərərsizləşdirilməsi niyə yubanır?

KepezTV Player

Küləkdən qorxanlar. Gəncədə insan həyatı üçün təhlükə yaradan ağacların əsən küləklə aşma ehtimalı belə deməyə əsas verir. Elə bu gecə əsən küləyin şəhərdə 10-a yaxın ağacı aşırması küləkdən qorxanların əbəs yerə ehtiyat etmədiklərini göstərir.

Şəhər sakini: “Bunlar təhlükəli ağaclardı. Külək əsən kimi aşır, budaqları qırılır tökülür, ziyanlıq verir. Yoldan keçənin başına düşür. Vaxtında tədbir görülsün ki, heç kim ziyanlıq çəkməsin”.

Vaxtında görülən tədbir həm sağlamlıq, həm də əmlak baxımından əhəmiyyətlidir. Yoxsa əksər hallarda küləkli havalardan sonra yaranan belə mənzərə xoş olmayan nəticələrə səbəb ola bilər. Nəzərə alsaq ki, Gəncədə öz ömrünü başa vuran ağacların sayı az deyil, onda aidiyyəti qurumların adekvat tədbirləri özünü çox gözlətməməlidir.
 

Rizvan Quliyev- Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: “Təkcə bu il ərzində 38 ədəd təhlükəli ağac götürülüb. Və ilin axırına kimi çalışırıq ki, təhlükəli ağacların 100 ədədini zərərsizləşdirək”.


Təhlükə yaradan ağaclar zərərsizləşdirilənədək onların zərər vurmayacağına zəmanət verilmir, eləcə də belə ağacların sayının artacağı da istisna deyil. Bunu nəzərə alan 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi təkliflə çıxış edir.
 

Qalib Quliyev- 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri: “Şəhərdə çoxdur aşma təhlükəsi olan ağaclar. Birgə komissiya yaradılsın - həm bizim, həm yerli icra orqanlarının, həm də Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının iştirakı ilə baxaq, sənədləşdirək, kəsilsin götürülsün. Həqiqətən də ağac quruyubsa, aşma təhlükəsi varsa, gözləməyə ehtiyac yoxdur”.
 

Kəsilməsi üçün gözləməyə ehtiyac duyulmayan isə qovaq ağaclarıdır. Sovet dönəmində əkilən və cəmi 25-30 il ömrü olan belə ağaclar indi 50 yaşında təhlükə mənbəyi olaraq qalır.
 

Elton Cabbarlı