KepezTV Player
Novruz bayramı münasibəti ilə Samux sakinlərinə kənd təsərrüfatı məhsullarını ucuz qiymətə əldə etmək imkanı yaradılıb. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən satış-yarmarkaya 300 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaq yarmarkanın keçirilməsində əsas məqsəd olub. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazarlarla müqayisədə 25-30 faiz aşağı olub. Satışa çıxarılan ət və ət məhsulları baytar həkimləri tərəfindən müayinə edilib.
Natiq Hüseyn
- Baxış: 494