• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 17.03.2017 13:25

Heyvandarlıq və Bitki Mühafizə və Texniki Bitkilər Elmi- Tədqiqat İnstitutlarının illik hesabat yığıncağı keçirilib

KepezTV Player

Ölkədə bitki və heyvanların yerli genofondunun qorunması əsas məqsədlərdən biridir. Bunun üçün elm adamlarının üzərinə çox iş düşür. Xüsusilə xarici nümunələrlə qarışan yerli sort və cinslərin geri qaytarılması üçün elmi- tədqiqat işləri genişlənməlidir. Bununla yanaşı, ölkədə toxum saxlama anbarları, laboratoriya, torpaq və texniki bitkilərin analizi üçün müasir, beynəlxalq standartlara cavab verən avadanlıqlarının olmaması da Elmi-Tədqiqat İnstitutlarının əsas çətinliklərindən biridir. Qeyd olunan məsələlər ətrafında Heyvandarlıq və Bitki Mühafizə və Texniki Bitkilər Elmi- Tədqiqat İnstitutlarının illik hesabat yığıncağında fikir mübadiləsi aparılıb. 2017-2020-ci illər ərzində planlaşdırılan işlər müzakirə edilib. Təkliflər Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.

Füzuli Mirzəyev- Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi: "Hazırda ən böyük çətinlik təcrübə bazasının olmamasıdır. Gələcəkdə yardımçı təsərrüfatlarda ayrı-ayrı şöbələr-maldarlıq, qoyunçuluq üzrə, quşçuluq üzrə müasir stasionar tövlələr tikilsin. Bütün təcrübələr həmin sahədə aparılsın. Bütün institutların yardımçı təsərrüfatı var və çalışırlar ki, hamısı təcrübəsini öz sahəsində aparsın. Burada artıq heç bir maneəyə rast gəlinmir. Heç bir bəhanə ola biməz. Çünki təsərrüfat da, institut da, əməkdaşlar da, özünündür. Bütün təcrübələri də qoymaq olar. Bir də kadr məsələsində bir az çətinlik çəkirik".

Jalə Qurbanova