Keçən il Apple şirkəti, Liam adlı maraqlı robotu təqdim etmişdi.Həmin robot, iPhone smartfonunu hissələrə ayıra bilir. Daha sonra bu hissələr, istehsalatda yenidən istifadə olunurlar. Bir smartfondan bu cür hissələrin çıxarılmasına robot, 11 saniyə vaxt sərf edir. İndi isə məlum olub ki, o, smartfon hissələrindən əlavə olaraq həm də nadir metalları da çıxara bilir. Liam robotunun hazırlanmasına 3 il vaxt sərf olunub. Sözügedən robot yalnız iPhone smartfonunun hissələrə ayrılması üçün nəzərdə tutulub. Hazırda bu cür robotlar Kaliforniya və Niderlandda fəaliyyət göstərir. Bir Liam ildə 1.2 milyon iPhone 6 modelini hissələrə ayıra bilir. Göründüyü kimi bu heç də kiçik bir nəticə deyil. Lakin 2016-cı ildə 211 milyon iPhone modeli satılmışdı. Beləliklə indiki halda smartfonların yalnız müəyyən bir hissəsi detallara ayrılır. Liam tərəfindən hissələrə ayrılmış 10.000 ədəd smartfondan 190 kq alüminium alınıb. Bundan əlavə, 80 kq mis, 130 kq qızıl, 40 qr platin, 70 qr gümüş, 5.5 kq qalay və 2.4 kq nadir torpaq elementləri əldə etmək mümkündür.
Cavanşir Məmmədzadə
- Baxış: 476