• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2182
— 13.03.2017 20:09

Goranboyda piyadanı maşın vurub

Hadisə rayonun Xan Qərvənd kəndində baş verib. Niva markalı avtomobil yolu keçən 11 yaşlı Ayxan Qasımzadəni vurub. Xəsarət alan uşaq dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.