• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 13.03.2017 15:27

Gəncədə 242 şagird imtahan verdi

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Respublikanın 23 rayonunda ilk peşə-ixtisas təhsilli müəssisələrin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib. İmtahan Gəncədə bir binada təşkil olunub. İmtahanda şagirdlərin ana dili, riyaziyyat və xarici dil bilikləri sınağa çəkilib. Onlara ümumilikdə 90 sual təqdim olunub və 2 saat 45 dəqiqə vaxt ayrılıb. İştirak etmək üçün 250 şagird qeydiyyatdan keçsə də, onlardan 8-i imtahana qatılmayıb. Gəncədə imtahanın idarə olunmasına 2 imtahan rəhbəri və 18 nəzarətçi-müəllim cəlb olunub. Ötən gün eyni zamanda Dövlət İmtahan Mərkəzi Respublikanın 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini həyata keçirib. Gəncə məktəbliləri bu imtahanda iştirak etməyiblər. Ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi Respublikanın ikinci böyük şəhərində martın 18-də keçiriləcək.

Elton Cabbarlı