Qərb regionunda Gəncə zonası üzrə reallaşan yarışlar Təhsil Respublika İdman Mərkəzinin yerli filialının stadionunda keçirilib. Təxminən 5 ay davam edən birincilikdə Nizami Yurdunun təmsilçiləri ilə yanaşı, Göygöl və Kəlbəcər rayonlarının komandaları da mübarizə aparıb. 5 yaş qrupu üzrə reallaşan zona yarışında 54 kollektiv qüvvəsini sınayıb. Hər yaş qrupu üzrə pley-off mərhələsinə 3, ümumilikdə 15 komanda vəsiqə qazanıb.
Əvəz Məmmədov- məşqçi: "İnanın ki, AFFA-nın keçirdiyi hər yarış həm uşaqların inkişafı, həm müəllimlərin məsuliyyətini artırmaq, həm də gələcək futbolçuları yetişdirmək üçün böyük bir tədbirdir. Bunu məşqçi-müəllimlər də yüksək qiymətləndirir. Çünki bu oyunlardan uşaqlara çox şey qazanır. Gələcəkdə perspektivli oyunçuların ortaya çıxması üçün bu yaxşı imkandı. Yeniyetmələr bundan istifadə edirlər. Yaxşı oynayan və oynamayan uşaqlara diqqət yetirilir. Burada seçim edilir. Azərbaycan futbolunun gələcəyi buradan başlayır".
Azad Rəfi
- Baxış: 347