• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 13.03.2017 00:19

Ağstafa sakini bıçaqlanıb

Rayonun Köçəsgər kənd sakini 39 yaşlı Ayaz Əliyev sol kürək nahiyəsinin kəsilmiş yarası ilə yaxınlarının köməkliyi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Verilən məlumata görə Ayaz Əliyevi əmisi  qızı Mahirə Əliyeva bıçaqlayıb. İlkin ehtimala görə, hadisə şəxsi mübahisə zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.