İqtisadçı- ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramlı ARB “Kəpəz”in “İşgüzar” verilişinin qonağı olub.
1.Vüqar müəllim, xoş gəlibsiniz. Mənim üçün xoşdur sizi burda görmək. Bir çox məsələlər var ki, sizin o haqda münasibət bildirməyiniz vacibdir. Xüsüsən indiki məqamda, iqtisadiyyatda bir o qədər də yaxşı şeylər olmadığı məqamda. Müəyyən situasiyalarla bağlı yəqin ki, tamaşaçılara müəyyən məqamları izah etməyə ehtiyac var. Gəlin əvvəlcə ümumilikdə danışaq. Qısaca hazırda bu situiasiyanı necə qiymətləndirmək olar?
-Vüqar Bayramov-iqtisadçı: “2016-cı ildə Azərbaycanın iqtisadiyyatı 4 faizədək azaldı. ÜDM-dəkı azalma ilə son 20 ildə belə bir azalma müşahidə olundu. Bu birbaşa neftin dünya bazarında qiymətinin aşağı düşməsi nəticəsində baş verdi, Azərbaycan dövlətinin gəlirləri azaldı. Nəzərə alsaq ki, Azərbaycan neft satışından hətta elə il olub ki, 4.5 milyard dollar gəlir əldə edib. Gəlir birdən-birə 10-12 milyard dollara qədər azaldı. Bunun nəticəsi də sözsüz ki, özünü iqtisadiyyatda göstərdi. 2017-ci ilin əvvəlindən etibarən müəyyən qədər stabilləşməyə doğru meyillər oldu, yenə də bu il keçid ili kimi yadda qalacaq və nəzərə alsaq ki, valyuta bazarında manatın dollara nisbətinin 10 faizə qədər möhkənlənməsi müşahidə olundu, amma hələlik milli valyutanın bazar məzənnəsi müəyyənləşməyib, gözlənilir ki, 2017-ci il keçid ili kimi müəyyən qədər 2016-cı ildən fərqli olacaq.
2.Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı rəhbəri təxminən belə bir fikir bildirdi ki, Azərbaycanda artıq müəyyən qədər stabilləşmə baş verib və cüzi də olsa, artımlar gözlənilir. Bu fikirlə razısınızmı, bu illə bağlı necə proqnoz vermək olar?
- Təbii ki, 2017-ci ildə iqtisadi artım proqnazlaşdırılır. Azərbaycan höküməti 2017-ci ildə 1 faiz artım olacağını proqnozlaşdırır. Siz qeyd etdiyiniz kimi Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumları da təxminən oxşar iqtisadi artımın olacağını proqnozlaşdırır. Bu da təbii ki, onunla bağlıdır ki, neftin qiyməti qismən stabildir. Mövcud qiymət və neftin hər barelinin 55 dollar ətrafında formalaşması və stabilləşməsi, artıq neft ölkələrinin iqtisadi maraqlarına uyğundur. Çünki bu gün heç bir neft ölkəsi 100-120 dollarlıq neft qiymətlərinə ümid etmir. Növbəti aylarda da neftin qiyməti 55 dollar qalarsa, bu da imkan verəcək ki, iqtisadi artıma nail olmaq mümkün olsun. Dövlət büdcəsində də 2017-ci il neftin qiyməti 40 dollar olaraq nəzərdə tutulub. Praktik olaraq bu o deməkdir ki, 55 və ya 50-60 dollar arasında orta qiymət formalaşarsa, büdcədəki qiymətdən daha çox olacaq. Deməli dövlət neft fondunun gəlirlərinin artmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə iqtisadiyyatda artım qeydə alınacaq. Təbii ki, hələlik ciddi artımlar gözlənilmir. Pratiki olaraq da mümkün deyil. 2017-ci il üçün əsas hədəf ondan ibarətdir ki, azalmanının qarşısını almaq mümkün olsun, nisbətdə iqtisadiyyatının sabitləşməsinə nail olunsun.
3.Vüqar müəllim, siz həm də böyük aktivlik göstərən İqtisadi və Sosial İnkişaf Mərkəzinə rəhbərlik edirsiniz. Biz adətən bu fəallığı sosial şəbəkələrdən görürük ki, müxtəlif işlər görülür, görüşlər aparılır. Beynəlxalq qurumlarla, həmçinin Azərbaycanda müəyyən araşdırmalar, analizlər aparılır, təəssüf ki, bu haqda geniş məlumat yoxdur, bu haqda tamaşaçılarımıza məlumat verərdiniz. Mərkəz nə işlər görür və əsasən fəaliyyəti hansı işlər üzərində qurulub?
- İqtisadi və Sosial İnkişaf Mərkəzi bir BM mərkəzidir, CS və ya SS olaraq tanınır dünyada. Bizim mərkəz baxmayaraq ki, Azərbaycan mərkəzidir, Cənubi Qafqazda və Orta Asiyada ən güclü mərkəzdir. Bildiyiniz kimi qlobal reytinq var və bu reytinq ABŞ-ın Pensilvaniya Universiteti ilə BMT tərəfindən hazırlanıb və son 6 ildir ki, İSİM ən güclü BM mərkəzi hesab edilir. Eyni zamanda İSİM ABŞ-ın məşhur Harvard Universitetinin internet səhifəsinə daxil edilən və hal-hazırda universitetin internet səhifəsində adı olan yeganə BM mərkəzidir. Sözsüz ki, bizim qlobal olaraq tanınmağımız və qlobal olaraq əməkdaşlıqlarımızın olduqca güclüdür. Mən eyni zamanda BM mərkəzlərinin idarə heyətinin üzvüyəm, eyni zamanda 2017-ci ildə təşkil ediləcək müxtəlif BM mərkəzi sammitlərinin keçirilməsi ilə bağlı olan qərarverici qurumda təmsil olunan ilk azərbaycanlıyam. Sözsüz ki, biz daha çox Azərbaycan iqtisadiyyatı ilə bağlı tədqiqatlar aparırıq. Bizim əməkdaşlarımız hətta strateji yol xəritəsinin hazırlanmasında da cəlb olundular. Mən strateji yol xəritəsinin hazırlanmasında iştirak etdim. Bizim mərkəzin məzunları prezident administrastiyası da daxil olmaqla bir çox dövlət qurumlarında, beynəlxalq təşkilatlarda fəaliyyət göstəririrlər.
Yüksək faizli iqtisadi artım 2020-ci ildən sonra olacaq.
4. Çox sevindiricidir ki, baxın, siz deyirsiniz dövlət qurumları da belə intellektual mərkəzlərdən istifadə edirlər ki, ölkədə müəyyən iqtisadi işlər görülsün, islahatlar aparılsın. Son vaxtlar həqiqətən iqtisadi islahatlar sahəsində böyük addımlar atılır. Bunları inqilabı addımlar adlandırmaq da olur. Bunlara gəlin peşəkar kimi nəzər salaq, yəni bu il bunun nəticələrini görmək mümkün olacaqmı? Ümumiyyətlə, nə vaxt görmək olacaq?
-Mütəmadi olaraq bizim müxtəlif dövlət qurumlarının rəhbərləri və təmsilçiləri ilə görüşlərimiz olur. Mən də bu görüşlərdə iştirak edirəm, məsləhətləşmələr olur. Eyni zamanda hansı dövlət qurumu islahat aspektlərindən nələri doğru edib, nələri yanlış edib, müzakirə edirik. Ayda iki-üç dəfə dövlət qurumlarının istəyi ilə təşkil edirik. Təbii ki, islahatların aparılması bu gün keçirilən qeyri- rəsmi görüşlərdə belə əsas prioritetdir. Ölkə prezidentinin Azərbaycanda islahatın sürətləndirilməsi ilə bağlı siyasi iradəsi var. Strateji yol xəritəsinin təsdiq edilməsi ilə bu siyasi iradəni bir daha təsdiq etdi. İslahatlar bilirisniz, qısa müddətli dövr üçün tam olaraq effektini göstərməyə bilər. Çünki dünya praktikasında bu belədir. Bizim proqnozlar isə ondan ibarətdir ki, islahatların genişləndirilməsi və strateji yol xətirəsinin nəzərdə tutulan fəaliyyətlərinin reallaşması nəticədə 2020-ci ilədək iqtisadiyyatın tamamilə sabitləşməsinə gətirib çıxara bilər. Strateji yol xəritəsində inkişaf dövrləri 3 qrupa bölünür. İlin qrup 2016-2020-ci illər, orta dövr 2020-2025-ci illər, uzun müddətli dövr 2025-dən sonrakı dövrdür. İlkin dövr stabilləşmə dövrüdür, bu da o deməkdir ki, iqtisadiyyatın tamamilə sabitləşməsi, orta dövr yenidən yüksək faizli artımların geri qayıtması mümkündür.
MDB-də ən yüksək kredit faizləri Azərbaycandadır
5. Bu iqtisadi islahatların ayrı-ayrı sahələrə təsiri haqqında nə danışmaq olar? Belə deyək ki, çoxlarına məlumdur ki, bank sektoru böyük çətinliklərlə qarşılaşıblar, bu sahədə nə proqnoz vermək olar və ya bu situasiyadan çıxmaq üçün nə etmək olar?
- Əvvəla maliyyə sektorunda problemlərin olacağı proqnozlaşdırılırdı. Xatırlayırsınızsa, 2010-2014-cü illərdə olan proqnozlarımızda maliyyə sektorunda problemlərin olacağını proqnozlaşdırırdıq. Hətta devalvasiya belə olmasaydı, vəziyyətin pisləşməsi gözlənilirdi. Niyə, çünki bir tərəfdən banklar 2014-cü ilədək kifayət qədər yüksək faizlə kredit verirdilər. Təəssüf ki, yüksək faizlə kreditlərin verilməsi davam edir, yenə də banklardakı faizlər digər ölkələrlə müqayisədə xeyli yüksəkdir. Bu yaxınlarda tədqiqatımız oldu və məlum oldu ki, MDB-də ən yüksək kredit faizi təklif edən banklar Azərbaycandadır. Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Moldova kimi ölkələrdə müqayisə etdikdə bəlli oldu ki, Azərbaycan bankları daha yüksək faizlə kredit təklif edirlər.
6.Məsələ də bundandır ki, camaat bu yüksək faizlə olan kreditləri götürür.
- Camaat ona görə götürür ki, bir sıra hallarda onların seçim imkanları olmur. Aşağı faizli kredit götürmək imkanı yoxdur. Biz əgər hansısa vətəndaşa aşağı faizli kredit götürmə imkanı tanıtsaq o, təbii ki, yuxarı faizlə olanı seçməyəcək.
7. Bundan çıxış yolu necə ola bilər, Vüqar müəllim?
-Faizlər yüksəkdir, hətta cənab Prezident tərəfindən müşavirələrdə qeyd olunub. Faizlərin aşağı salınması ilə bağlı ölkə prezidentinin göstərişləri var. Faizlərin aşağı salınmasınının əsas yollarından biri rəqabətin gücləndirilməsidir. Siz doğru qeyd edirsiniz. İnsanlar yüksək faizlə krediti götürürlər, çünki aşağı faizlə kredit verən bank yoxdur, amma rəqabət güclü olarsa, xüsusən biz bank sektoruna xarici bankların daxil olmasının tərəfdarıyıq. Xarici banklar gəlsin, daha aşağı faizlə kreditlər versin.
8.Belə bir açıqlama da verilir ki, Azərbaycanda adambaşına düşən bank sayı digər ölkələrdən heç də geridə qalmır. Bəlkə də üstündür. Bəs bu rəqabət deyəndə nəyi nəzərdə tutursunuz?
-Bankların sayı rəqabət anlayışına gəlmir, bəzən sektorda 33 deyil, 133 bank ola bilər, amma əgər banklar eyni prinsiplə, eyni siyasətlə işləyirlərsə alınmır.
9.Bəs bu nəyə görə belə olur, sanki hamısı danışmış kimi?
-Rəqabətin yaranması istər Polşa, istərsə də Estoniya təcrübəsi göstərir ki, xarici bankların cəlb olunmasına ehtiyac var. Çünki bankların menecmenti yaxındır. Diqqət edirsinizsə, hansısa bankın rəhbəri bu bankdan çıxır, digər bankın rəhbəri təyin olunur və ya rəhbərlikdə dəyişikliklər olur. Banklar hətta idarəetmə baxımından belə bir-birlərinə yaxındırlar. Halbuki, inkişaf etmiş ölkələrdə uzun illər bir bankın rəhbəri olmuş şəxs çox nadir hallarda başqa bir bankın rəhbərliyinə təyin olunur. Çünki bunun təhlükəsizlik və məlumatların qorunması amili vardır.
10.Deyilirdi ki, xarici bankların ölkəmizə gəlməsi digər bankların çətin vəziyyətdə qalmalarına təsir edəcək, hətta onlar iflasa uğraya bilərlər.
- 2016-cı ildə 10 bank müflis oldu, amma ölkədə xarici bank yoxdur. Yəni əslində ölkəyə xarici bank gəlməyib, amma yerli bankların müflis olması qeydə alınır. Bizim proqnoz ondan ibarətdir ki, Azərbaycanda hazırda sistem əhəmiyyətli 20 bank var. 20 bankın böyük ehtimalla Mərkəzi Bank qorunmasına çalışacaq. Digər 13 bankın növbəti illərdə ya müflisləşməsi , ya da birləşməsi təhlükəsi olduqca yüksəkdir. Hal-hazırda bəzi banklar var ki, funksiyalarını yerinə yetirə bilmirlər. Ölkə üçün nə lazımdır, məsələn, Polşada bank sektorunda xarici kapitalın payı 70 faizdir, Estoniyada 90 faizdən çoxdur, amma Polşa Mərkəzi Şərqi Avropanın ən çox inkişaf edən ölkələrindən biridir. İqtisadi baxımdan kifayət qədər güclü ölkəyə çevrilib. Vətəndaş üçün, biznes üçün bankın yerli və ya xarici olmasının elə də ciddi əhəmiyyəti yoxdur. Vətəndaşa, biznesə nə lazımdır, aşağı faizli kredit ala bilsin, banka pulunu qoyanda əmin ola bilsin ki, bank müflis olmayacaq və onun pulu geri qaytarılacaq. İstənilən zaman gedib pulunu götürə bilsin. Yəni bir az keçmiş SSRİ-də olduğu kimi bütün bank sektoru milli olsun, xarici kapital gəlməsin, yerli banklar müflis olacaq, mən bu yanaşmaya müsbət baxmıram. Bizə güclü biznes, vətəndaşın inandığı bank sektoru lazımdır. Ola bilər ki, xarici bankların gəlməsi ilə yerli banklar müflis oldu, amma yaxşı işləyən banklar, hansı ki, menecmentləri var, kooperatiov menecmentlik qurublar, həmin yerli banklar qalacaq, bu situasiyaya uyğunlaşacaqlar. Həmin yerli banklar məcbur olacaqlar ki, 25 faizlə deyil, 8 faizlə kredit versinlər.
11.Ümumilikdə iqtisadiyyata müsbət təsir göstərəcək.
Təbii ki, təsəvvür edin ki, vətəndaşdan dolları depozit formasında 2, maksimum 3 faizlə qəbul edib. Əksər banklar, aparıcı banklarda 2 faizdir, amma həmin o dollarla cəlb etdiyi depoziti 18 bəzi hallarda isə 24 faizlə verilirdi. Təsəvvür edin ki, 18 faizlə götürsən 9 dəfə fərq olur. Əslində real sektorun inkişafı üçün rəqabətli bank sektorunun olması vacibdir.
12.Burda bəzi ehtimallarda var, daha çox sosial şəbəkələrdə bunu irəli sürürlər ki, burda bəzi milli xüsusiyyətlər də var. Yəni bizdə belədir, amma başqa yerdə məsələn, ingilis bunu etməzdi. Bununla bağlı fikriniz nədir və ümumiyyətlə milli xüsusiyyətləri bir faktor kimi qəbul etmək olar iqtisadiyyatda? Məsələn, bizdə iqtisadi fəallıq da aşağıdır. Bəzi ölkələrdə 50 faizdən aşağı belə olduqda kritik sayılır, bizdə isə rəsmi olaraq bundan qat-qat aşağıdır. Bunu nə ilə əlaqələndirmək olar, nə üçün bizdə iqtisadi fəallıq aşağıdır?
Milli xüsusiyyətlər bütün hallarda iqtisadiyyata, iqtisadi fəallığa, eləcə də bank sektoruna təsir göstərir, amma mən hesab etmirəm ki, Azərbaycan banklarının yüksək faizlə kreditlər verməsi milli faktorlarla bağlıdır. Burda əsas səbəb rəqabət zəifdir, xarci bankların sektora daxil olmasına əngəllər var, xarici banklar sektora daxil ola bilmir. Eyni zamanda bəzi bankların idarə olunmasında idarəçilik olub. Biz Beynəlxalq Banka baxsaq kifayət qədər vəsait yayındırılıb. Bu gün aparılan cinayət işi də ondan xəbər verir ki, 5-8 milyard dollar vəsaitin yayındırılması baş verib. Buna səbəb isə bu sahəyə nəzarətin zəif olmasıdır. Milli xüsusiyyətlərlə yanaşı, beynəlxalq və innovativ dəyərləri tətbiq etməliyik. Düşünmürəm ki, Azərbaycan vətəndaşı tənbəldir, əməyə, biznesdə işləmə meyillidir. Biznes 25 faizlə, 29 faizlə kredit alırsa, bunun mənfəət norması nə qədər olmalıdır ki, həm həmin krediti geri qaytarsın, həm də gəlir əldə etsin.
13.Risqlər böyükdür, istisnalar risq etməməyə üstünlük verirlər.
-Biznes vergi ödəyir, işçinin əməkhaqqını verir və digər xərcləri var. Bank da buna 20 faizlə kredit verirsə, təsəvvür edin bunun mənfəət əldə etmə şansı xeyli məhdudlaşır. Ona görə də çox doğru mövzuya toxundunuz ki, bank sektoru çox önəmlidir.
14.Vüqar müəllim, bu sahədə bir narazılıq da kənd təsərrüfatı ilə bağlı olur. Fermerlər narazılıq edir, biz də bunu dəfələrlə işıqlandırmışıq. Problem ondan ibarətdir ki, bu sahədə rentabellik aşağıdır və bu rentabellik müqavilində onlar bankdan kredit götürüb gəlirə ümid edə bilməzlər. Kreditin faizləri onların mümkün gəlirlərindən daha çoxdur. Onlar da əvvəlcədən bilirlər ki, kreditin faizini ödəyə bilməyəcəklər. Bax, bununla bağlı nə etmək olar, kənd təsərrüfatında bu situasiyanı düzəltmək üçün nə etmək olar?
-Əvvəla biz fermerlərə verilən subsidi mexanizminin təkminləşdirilməsinin tərəfdarıyıq. Mən görüşlərimdə, eyni zamanda mətbuata açıqlamalarımda subsidiyanın hektara görə deyil, istehsal olunan məhsula görə verilməsinin tərəfdarıyam. Çünki ABŞ-da subsidin həcmi fermerin istehsal etdiyi məhsulun həcminə görədir. Məsələn, biz standart olaraq hektara görə fermerə eyni məbləği veririk, amma məsələn, bir fermer 1 hektarda 5 ton, digəri isə 1 ton kartof yetişdirir, bazara da o qədər çıxarır. Amma bunların aldığı subsidiya eynidir. Subsidiya məbləğin istehsal olunan məhsulun həcminə görə uyğunlaşdırılmasına ehtiyac var ki, fermer maraqlı olsun ki, daha çox məhsul istehsal etsin. Fermer daha çox məhsul istehsal edəndə büdcə daha çox pul alacaq, bu da onu stimullaşdıracaq. Subsidiya mexanizmlərinin inkişaf etdirilməsi vacibdir. Keyfiyyət indiqatorlarının formalaşamasına ehtiyac var. Kreditlər yüksəkdir, kredit faizləri ilə bağlı digər məqamı da qeyd edim: girovların istənilməsi, fermerlərin çoxunun girov təklif etmək imkanı yoxdur, çünki banklar rayonlardan girov götürmürlər, şəhərlərdən və ya Bakıdan girov istəyirlər. Fermer rayonda yaşayır, rayonda işləyir, onun evi də, əmlakı da rayondadır. Onun Bakıdan girov vermək imkanı yoxdur və nəticədə o kredit ala bilmir. Sahibkara Kömək Milli Fondunda belə girov tələb olunur. Ona görə də məncə girov mexanizminə baxılmalıdır. Dövlət fermerə verilən kreditlərdə girovun qarşılanması, fermerlərin aşağı faizlə, girovsuz kredit götürmə imkanlarını artırmalıdır.
Bu da regionların inkişafına gətirib çıxarar.
- Baxış: 954