• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 10.03.2017 09:33

80 yaşlı qadın qohumu olan kişini öldürdü

Göygöldə Kəlbəcərdən məcburi köçkün olan qadın qohumu olan kişini qətlə yetirib. Hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. Qohumluq əlaqəsində olan 43 yaşlı Şiraslan Atayevlə 80 yaşlı Mərquş Bayramova arasında yararnan münaqişə birincinin mətbəxt bıçaqı ilə öldürülməsi ilə nəticələnib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, münaqişənin kişinin sərxoş olmasından qaynaqlandığı ehtimal edilir. Hadisəni törədən yaşlı qadın saxlanılıb. Göygöl Rayon Prokurorluğunda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Natiq Hüseyn