• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 682
— 09.03.2017 16:24

Göygöl rayonuna daha çox turist cəlb etmək üçün yeni layihələrin icrasına başlanılıb

KepezTV Player

Mədəniyyət və Turizm Nazirliyi Göygölə yeni turizm marşrutlarının icrası üzərində işləyir. Əsrarəngiz təbiəti ilə qərb regionunun əsas turizm rayonunda olan nazirlik əməkdaşlarına layihələr təqdim olunub. Məqsəd turizm potensialını inkişaf etdirməklə turist axınına nail olmaqdır. Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, ötən il Almaniya, Çexiya, Macarıstan,  İngiltərə, İsveçrə, Yaponiya kimi ölkələrdən, yerli turistlər də daxil olmaqla, Göygölə 70 mindən artıq ziyarətçi gəlib. Əsas gəzinti yerləri isə təbiət möcüzəsi sayılan Göygöl, tarixi abidələr, müasir memarlıq nümunələri olub. Hazırda  rayonda  5 istiqamət üzrə turizm marşrutları mövcuddur. Yeni layihələrin icrasına yaşıl işıq yandırılmaqla  bu sahədə inkişafa təkan olar.

Şərqiyyə Hümbətova- Şəmkir Regional Mədəniyyət və Turizm iİdarəsinin Göygöl rayon şöbəsinin nümayəndəsi: “Bir neçə təkliflər irəli sürmüşük ki, rayona daha çox turist cəlb olunsun. Layihədə nəzərdə tutulur- Göygöl yolunun təmiri və ya yeni yolun çəkilməsi, bununla yanaşı, Göygöl gölündən Maral gölə yolun çəkilməsi təklifini irəli sürmüşük. Bilirsiz ki, Maral gölə piyadaların qalxması üçün sovet dönəmindən qalan pilləkənlardan istifadə olunur, həmin yerdə müasir bir qurğunun quraşdırılmasını təklif etmişik. Hansı ki, Maral gölü görmək istəyənlər daha rahat və asan şəkildə ora çıxa bilsinlər”.

Elton Cabbarlı