KepezTV Player
Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Əhmədbəyli kənd sakini 31 yaşlı Əkbər Hüseynov qarnının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yadım Xəstəxanasına gətirilib və dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hüseynovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Hazırda Samux Rayon Polis Şöbəsinin əməkdaşları iş üzrə əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 441