Dünyanın 90 ölkəsində fəaliyyət göstərən Pizza Hut şirkəti qeyri-adi idman ayaqqabılarını təqdim edib. Ketlər GPS, Bluetooth və sifariş üçün böyük düymə ilə təchiz olunub. Ayaqqabıdakı düyməyə klik edəndən sonra sistem sizin yerləşdiyiniz yeri təyin edir və smartfonunuzda olan xüsusi tətbiqə qoşulur. Həmin tətbiqdə isə sifarişi yerinə yetirmək lazımdır. Sözügedən ayaqqabılar bir növ aksessuar xarakterini daşıyır. Smartfon olmadan tək ayaqqabıların vasitəsilə pizza sifariş etmək mümkün deyil. Bu ayaqqabılar mağazada satılmır. İlk öncə onlar limitli partiya ilə - cəmi 64 cüt çıxacaq və jurnalistlərə, bloqqerlərə test üçün veriləcək. Gələcəkdə kütləvi istehsal ola bilər. Qiymət də hələlik bilinmir.
Cavanşir Məmmədzadə
- Baxış: 400