• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 04.03.2017 15:47

“Kəpəz” AZAL-la qarşılaşacaq

KepezTV Player

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyunları çərçivəsində “Kəpəz” Gəncədə AZAL-ı qəbul edəcək. Saat 15:00-da başlayacaq oyunu Orxan Məmmədov idarə edəcək. “Sarı-göylər” qarşıdakı görüşə hazırlığın əsas hissəni Bakıda keçirib. Bu gün Gəncəyə gələn komanda matç öncəsi son məşqinə oyuna ev sahibliyi edəcək şəhər stadionunda çıxıb.  “Kəpəz”in heyətində zədəli futbolçu yoxdur. Tural Nərimanov ilə Renan da Silva tam sağalıb və qarşıdakı görüşdə komandasına kömək edə biləcək. Qırmızı vərəqəyə görə 4 oyunluq cəzalanan Nicat Qurbanov isə oyunu tribunadan izləməli olacaq. 

Azad Rəfi